2.2
|
Bədəndə qan necə hərəkət edir |
2.2.1
|
Qanın damarlarda hərəkəti
|
Bostandakı bitkiləri suvarmaq üçün göldəki su nasos vasitəsilə çəkilir. Bu
nasosa çoxşaxəli boru birləşdirilib. Nasos işləyərkən su borular vasitəsilə
bitkilərə daşınır.
|
• Açar sözlər •
• arteriyalar
• venalar • kapilyarlar • qan • plazma |
|
Ləvazimat: 3 ədəd 1 litrlik plastik su qabı,
4 ədəd şirə çöpü, yapışqanlı lent, qırmızı
qida boyası, su, plastilin.
|
İşin gedişi: 1. Qablardan ikisini təxminən yarıdan çox su ilə doldurun. 2. Suya bir qədər qida boyası əlavə edin və qarışdırın. 3. Su qabının qapaqlarından birində bir, digərində isə iki dəlik açın. 4. İki əyilmiş şirə çöpünü bir-birinə keçirərək yapışqanlı lentlə bərkidin. Bunu digər iki çöp üçün də təkrarlayın. Yaxşı nəticə əldə etmək üçün birləşmə yerlərinin lentlə kip bağlandığına əmin olun. 5. Bu çöpləri şəkildə təsvir olunduğu kimi qapaqların dəliklərindən keçirin və içində su olan plastik qabların ağzını bağlayın. Çöpün digər ucunu isə boş qaba qoyun. 6. Hava və ya maye çıxmaması üçün hər qapaqda çöpün ətrafını plastilinlə örtün. |