Təbiətdəki maddələr saf və qarışıq
halda olur. Maddələr təbiətdə
qarışıq halda daha geniş yayılmışdır.
Sənayedə, məişətdə istifadə olunan
maddələr, əşyalar, yediyimiz və
içdiyimiz ərzaqlar, əsasən, qarışıq
kimi istifadə olunur. Qarışığın
tərkibində olan hər bir saf maddə
ona müxtəlif üstünlüklər qazandırır.
Meyvə şirələri də belə qarışıqlara misaldır. Meyvə
şirəsinin tərkibində su, şəkər, meyvə tozu, vitaminlər və
müxtəlif maddələr olur. Bu maddələrin hər birinin
qarışıqda öz rolu var. Biz bu maddələri saf halda da
müxtəlif məqsədlər üçün istifadə edirik. Lakin onların
hamısını bir yerdə qarışıq kimi (meyvə sirəsi kimi)
istifadə etdikdə həm daha faydalı, həm də ləzzətli olur.
Bölmədə öyrənəcəksiniz
- Qarışıq iki və daha çox saf maddədən əmələ gəlir
- Xromatoqrafiya üsulu ilə maddənin saf və ya qarışıq olduğu müəyyən edilir
- Maddələrin həllolması temperatur və digər amillərdən aslıdır
- Qarışıqların homogen və heterogen növləri var
- Elementlər atom və molekullardan əmələ gəlir
- Saf maddələri element və birləşmələr əmələ gətirir
- Su məişət, sənaye və kənd təsərrüfatı üçün çox əhəmiyyətli maddədir