6.3
|
Eynicinsli və müxtəlifcinsli qarışıqlar |
• Açar sözlər •
• homogen qarışıq
• heterogen qarışıq |
|
Ləvazimat: stəkan (4 ədəd), qaşıq,
su, xörək duzu, etil spirti, günəbaxan
yağı, təbaşir tozu.
|
İşin gedişi: 1. Yarım stəkan suya bir xörək qaşığı xörək duzu töküb qarışdırın. Eyni təcrübəni etil spirti üçün də təkrarlayın. 2. Yarım stəkan suya az miqdarda təbaşir tözu töküb qarışdırın və bir qədər gözləyin. Eyni təcrübəni günəbaxan yağı uçun də təkrarlayın. |
Müzakirə edin: - 1-ci təcrübədəki qarışıqların oxşar cəhəti nədir? - 2-ci təcrübədəki qarışıqların oxşar cəhəti nədir? - 1 və 2-ci təcrübələrdən alınan qarışıqlar bir-birindən nə ilə fərqlənir? - Etil spirti-su və günəbaxan yağı-su qarışıqlarını hissəcik modeli ilə necə təsvir edə bilərsiniz? |