1. Səs ilə əlaqədar hansı fikir yanlışdır?
A) Səs mühitdəki zərrəciklərin rəqsi hərəkəti nəticəsində yayılır.
B) Səsin gurluğu mənbəyinə verilən enerji ilə əlaqəlidir.
C) Hava zərrəciklərinin mənbədən çıxıb qulağımıza çatması nəticəsində səsi eşidirik.
D) Kosmos və Ay kimi havasız mühitlərdə səs yaranmaz.
2. Şəkildə oxla göstərilmiş bölgələrdə nə müşahidə olunur?
A) Sıxlaşma
B) Seyrəkləşmə
C) Diffuziya
D) Əks-səda
3. Səs ilə əlaqədar hansı fikir doğrudur?
A) İnsanlar bütün səsləri eşidə bilirlər.
B) 70 desibeldən yuxarı səslər insan sağlamlığı üçün zərərlidir.
C) Yetkin kişi səsini zil, uşaq səsini isə bəm kimi eşidirik.
D) Səsin tezliyinin vahidi desibeldir.
4. Hansı mühitdə səsin sürəti daha çox ola bilər?
A) Yağ
B) Dəmir
C) Su
D) Hava
5. Aşağıdakılardan hansı səs lokasiyasından istifadəyə nümunə deyil?
A) Yarasanın ov etməsi
B) Delfinlərin bir-biri ilə ünsiyyəti
C) Okean dibinin dərinliyinin tapılması
D) Maşındakı park sensorlarının istifadəsi