10.1
|
Cisimlərin istidən genişlənməsi |
• Açar sözlər •
• istilik
• zərrəciklərin sürəti • istilikdən genişlənmə |
İşin gedişi:
1. Kürənin halqadan sərbəst keçdiyini yoxlayın. 2. Zəncirin ucunu ştativə bərkidin və kürəni bir neçə dəqiqə qızdırın (a). 3. Qızdırılmış kürəni taxta qaşığın köməyi ilə halqanın üzərinə yerləşdirin (b). Müzakirə edin: - Qızdırıldıqdan sonra kürədə baş verən hansı dəyişiklik onun halqadan keçməsinə mane oldu? - Bir müddətdən sonra kürə yenə halqadan keçərmi? - Kürənin qızdırılması və soyuması onun həcminə necə təsir edir? |