Elektrik sobası və soyuducu kimi bir çox
məişət avadanlığı, elektromobil və sürət
qatarı kimi müasir nəqliyyat vasitələri,
kompüter və mobil telefon kimi cihazlar
elektrik enerjisi ilə işləyir.
Şimşək çaxması və bəzi balıqların elektrik
enerjisindən istifadə etməsi isə təbiətdə
baş verən elektrik hadisələrinə
nümunədir.
Elektrik enerjisinin çevrilmələrini və
maddələrin elektrik xassələrini
öyrənməklə texnologiyaları təkmilləşdirə
və elektrik enerjisindən səmərəli istifadə
edə bilərik.
Elektrik enerjisindən təhlükəsiz istifadə
qaydalarını müəyyənləşdirmək üçün onun
canlılara necə təsir etdiyini bilmək
lazımdır.
Qədim misirlilər ov etmək üçün elektrik enerjisindən istifadə
edən Nil balığından oynaq xəstəliklərinin müalicəsində
istifadə edirdilər. Bu məlumata 5000 il tarixi olan qeydlərdə
rast gəlinir. Onlar kiçik balıqlardan istifadə edirdilər, çünki
böyük balıqların elektrik şoku sağlamlıq üçün təhlükəli ola
bilərdi.
Alimlər elektrik hadisələrini öyrənib müxtəlif sahələrə tətbiq
etməyə 300 il əvvəl başlayıblar.
Bölmədə öyrənəcəksiniz
• Elektrik cərəyanı yüklü zərrəciklərin nizamlı hərəkəti nəticəsində yaranır
• Elektrik dövrə elementlərini ardıcıl və paralel birləşdirmək olar
• Bəzi maddələr elektrik yüklərini keçirir, bəziləri isə keçirmir
• Elektrik avadanlıqlarından istifadə edərkən müəyyən qaydalara əməl etmək lazımdır
• İstifadə etdiyimiz
elektrik enerjisini
haradan əldə edirik?
• Sizcə, elektrik
enerjisinin avadanlıq və
insanlar üçün hansı
zərərləri və təhlükələri
ola bilər?