11.1
|
Uyğunlaşma nədir |
Sinifdə şagirdlər bir qrup dovşanın isti cənub iqlimindən soyuq şimal
iqliminə köçürülməsini müzakirə edirlər.
Azər: "Məncə, bütün dovşanlar yeni yaşayış mühitinə uyğunlaşacaqlar". Lalə: "Düşünürəm ki, dovşanların hamısı olmasa da, əksəriyyəti bu dəyişikliyə uyğunlaşacaq". Tural: "Məncə, dovşanların heç biri yeni yaşayış mühitində sağ qalmayacaq". |
• Açar sözlər •
• yaşayış mühiti
• uyğunlaşma • abiotik amil • biotik amil |
|
İşin gedişi: • Şəkildə bəzi yaşayış mühitləri təsvir olunub. Cədvəli dəftərinizə çəkin. Şəkillərə əsasən canlıların yaşadıqları mühit və şərait haqqında məlumatları cədvəldə yazın.
Müzakirə edin:
- Heyvanlar və bitkilər şəkildə hansı xüsusiyyətlərinə görə qruplaşdırılıb? Bir şəraitə uyğunlaşan heyvan və ya bitki başqa şəraitdə yaşaya bilərmi? |