11.4
|
Bitkilər ətraf mühitə necə uyğunlaşır |
• Bitkinin böyüməsi üçün nə lazımdır?
• Günəbaxan bitkisi gün ərzində günəşə doğru nə üçün çevrilir?
• Sizcə, bitkilərin yarpaqlarının günəşə tərəf
çevrilməsinin onlar üçün faydası nədir?
|
• Açar sözlər •
• sarmaşan
• dırmaşan • sürünən |
Fəaliyyət-1 | Yarpaqların forması ilə udulan işıq arasında nə kimi əlaqə var? |
İşin gedişi: 1. Yarpaq şəkillərini müqayisə edin. 2. İşıq lampasından istifadə edərək əlinizin müxtəlif formalı kölgələrini yaradın və bu kölgələrin sahəsini müqayisə edin. 3. Əlinizin müxtəlif vəziyyətlərində alınan kölgələri ilə sizə tanış olan bitki yarpaqları arasında oxşarlığı müəyyən edin. Müzakirə edin: - Əlinizin hansı vəziyyətində onun üzərinə daha çox işıq düşür? |
|