11.5
|
Canlılar ekstremal temperaturlarda necə yaşayır |
• Açar sözlər •
• qış yuxusu
• miqrasiya • şaxtayadavamlı |
İşin gedişi:
1. Bir əlinizi sellofan torbalardan birinin içərisinə salın. 2. Sinif yoldaşınız digər əlinizin üzərinə qalın vazelin qatı çəksin. 3. Vazelinli əlinizi də ikinci torbanın içərisinə salın. 4. Sellofan torbalardan havanı sıxaraq çıxarın. 5. Torbaların əlinizdən sürüşüb çıxmaması üçün hər bir sellofanı bilək hissəsində rezin lentin köməyi ilə sıxın. 6. Əllərinizi buzlu su qabına salın. 7. Əvvəlcə daha çox üşüyən əlinizi, sonra digər əlinizi buzlu sudan çıxarın. Hər bir əlinizi suda nə qədər müddətdə saxlaya bildiyinizi dəftərinizdə qeyd edin.
Müzakirə edin:
- Hansı əlinizi sudan daha tez çıxardınız? |
Ləvazimat: vazelin, iki sellofan
torba, bir qab su və buz kubları,
saniyəölçən, iki böyük rezin lent
|