Qida zənciri və qida şəbəkəsi
müəyyən mühitindəki qida
əlaqələrinin daha dəqiq təsviridir,
çünki heyvanların əksəriyyəti birdən
çox canlı ilə qidalanır. Qida
şəbəkələri qidada olan və həyat
fəaliyyəti üçün lazım olan enerjinin
bir canlıdan digərinə necə
ötürüldüyünü göstərir.
Eşşəkarıları bal arılarının yırtıcıları hesab olunur. Tək bir
Yaponiya eşşəkarısı bir dəqiqədə qırx bal arısını öldürə
bilir, 30 fərddən ibarət bir qrup isə dörd saatdan az bir
müddətə 30 000 bal arısı olan yuvanı məhv edə bilir.
Çiçəkli bitkilərin tozlayıcı həşəratlarından olan bal
arılarının məhvi bitkilərin çoxalmasına təsir edəcək. Bu
isə yaşıl bitkilərin və qida zəncirinin sonrakı halqalarını
təşkil edən heyvanların sayının dəyişməsinə səbəb ola
bilər.
Bölmədə öyrənəcəksiniz
• Müəyyən yaşayış mühitində canlılardan biri digərinin qidasını təşkil edir
• Bir-biri ilə qarşılıqlı qida əlaqələri olan canlılar qida zənciri əmələ gətirir
• Qida şəbəkəsi bütün qida zəncirlərinin bir-biri ilə necə əlaqəli olduğunu göstərir
• Canlıların fəaliyyəti üçün sərf etdikləri enerji qida zəncirləri və qida şəbəkəsi vasitəsilə ötürülür
• Eyni yaşayış mühitində
yaşayan bütün orqanizmlərin
qidalanma əlaqələrini necə
göstərə bilərik?
• Bir çox canlı müxtəlif qida
zəncirlərində mövcud ola bilər.
Bu qida zəncirlərini birləşdirə
bilərikmi?