12.1
|
Canlılar bir-birindən necə asılıdır |
• Ot, dovşan və vaşaq arasında hansı qida əlaqəsi var?
• Sizcə, dovşan və vaşaq həmişə eyni qida ilə qidalanır? • İstənilən bir yaşayış mühitindəki canlılar arasında hansı qida əlaqələri var? |
• Açar sözlər •
• qida zənciri
• ekosistem • qida şəbəkəsi • redusent |
İşin gedişi:
1. Rəsm kağızını üç sütuna ayırın və onları I, II və III səviyyə adlandırın. 2. Aşağıdakı canlıların adlarını qeyd kağızlarına yazın.
|
Ləvazimat: yapışqanlı
qeyd kağızları, rəsm kağızı, yapışqan.
|
Qida zəncirləri canlılar arasındakı qida əlaqələri haqqında məlumat
verir. Qida zəncirlərinin əksəriyyəti fotosintez edən bitkilərlə
başlayır. Deməli, Günəş ekosistemlər üçün əsas enerji mənbəyidir.
Ekosistemə müəyyən ərazidə yaşadığı mühitlə və bir-biri ilə
qarşılıqlı əlaqədə olan bütün canlılar daxildir.
|