13.1
|
Fosillər və fosil yanacaqlar |
Təbii qaz və daş kömürdən həm isinmək, həm də elektrik stansiyaları, qazanxana və zavodlarda istilik əldə etmək üçün istifadə olunur. |
• Açar sözlər •
• fosil yanacaqlar
• neft • daş kömür • təbii qaz |
• Sizcə, bu yanacaqlar necə yaranır?
|
• Nə üçün bu yanacaqlar fosil yanacaqlar adlanır?
|
|
Ləvazimat: kolba, kerosin
lampası, termometr,
elektron tərəzi, su.
|
İşin gedişi: 1. Kolbaya yarım litr su əlavə edin və temperaturunu ölçün. 2. Lampanın kerosinlə birlikdə kütləsini ölçün və dəftərinizə qeyd edin. 3. Kerosin lampasını yandıraraq kolbadakı suyu qaynadın. 4. Su qaynamağa başladıqda lampanı söndürün. 5. Yenidən lampanın kerosinlə birlikdə kütləsini ölçün.
Müzakirə edin:
- Kerosin yanarkən və su isinərkən hansı enerji çevrilmələri baş verdi? - Nə üçün suyun temperaturu qaynama temperaturuna qədər artdı? - Nə üçün içində kerosin olan lampanın başlanğıc və son kütləsi arasında fərq yarandı? |
|