2016-cı il aprelin 18-də polkovnik-leytenant Sənan Axundov Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpədə vəzifə səlahiyyətlərini icra edərkən və tabeliyində olan silahdaşını xilas edərkən qəhrəmancasına həlak olmuşdur.
...Günəşin zərrin şəfəqləri ətrafa yayılmağa başlamışdı. Quşlar cəh-cəh vurur, dağlardan kəndlərə ilıq yaz küləyi əsirdi. Yenicə yaşıllaşmış çəmənlərdə irəlilədikcə hətta
Vətəninə xidmət etmək istəyən Sənan Axundov peşəkar və ixtisaslı kadr kimi cəbhəyə göndərilməsi üçün dəfələrlə rəhbərliyə yazdığı raportundan sonra Lələtəpəyə Kəşfiyyat İdarə rəisi təyin edilmişdi
O, buraya təyin olunduğu gündən hər gün ərazilərə baş çəkir, hərbi tapşırıqları yerinə yetirirdi.
Növbəti tapşırığa da hərbçi yoldaşı, polkovnik-leytenant Vüqar Əbdüləzimov ilə getmişdi. Əməliyyatı uğurla həyata keçirən kəşfiyyatçılar geri dönürdülər. Sənan birdən partlayış səsi eşitdi. Boy-boy qalxan yaşıllıqların arasından torpaq ətrafa səpildi. Sənan anladı ki, minaya düşən onunla kəşfiyyat tapşırığını yerinə yetirməyə gedən Vüqardır. Sənan həmin an öz uşaqlarını, ailəsini, arxada qoyduqlarını düşünmədən bir insanın həyatını xilas etmək üçün qərar verir: “Yox, mən onu burada qoyub ərazidən çıxa bilmərəm.