Həyatda sizin uğurunuzu müəyyənləşdirən söz səkkiz hərfdən ibarətdir: bacarmaq. “Bacarmaq” feili ən güclü sözlərdən biridir. Məqsədə çatmaq üçün hər bir kəsin öz bacarığına inamı olmalıdır. Qətiyyətli olmaq və müstəqil qərar vermək üçün “Mən bacarıram” ifadəsi sizə yardımçı olacaqdır.
İşə bax ki, yalnız inkar şəkilçisi “ma”-nı “bacarmaq” feilinə artırmaqla böyük bir dəyişiklik yaradırıq. Beləcə, uğurla uğursuzluq arasında fərq yaranır.