FRANSA
Mütləqiyyət, maarifçilər, inqilab,
respublika,yakobinçilər, Direktoriya,
Napoleon Bonapart
XVIII yüzilliyin sonlarına qədər Fransa
mütləqiyyət ölkəsi idi. İnqilab nəticəsində
bu rejimə son qoyuldu. Fransa inqilabı
imtiyazlı təbəqələr və mütləqiyyətə
qalib gələrək feodal qayda-qanunlarını
tamamilə və əvəzsiz ləğv edən ilk inqilab
oldu.