ŞİMALİ AMERİKA
“Möhür qanunu", koloniyalar, hindular,
“Boston çay qonaqlığı”, Filadelfiya
konqresi, Corc Vaşinqton, “İstiqlaliyyət
bəyannaməsi", Konstitusiya
Amerikanın kəşf olunmasından sonra
avropalıların bu qitəyə maraqları daha
da artmışdı. Burada müstəmləkələr əldə
etmək uğrunda mübarizədə İspaniya,
Portuqaliya, İngiltərə və Fransa dövlətləri
xüsusilə seçilirdi. Müstəmləkəçilərin "Yeni
dünya"ya gəlişi qitənin yerli əhalisinin
kütləvi surətdə məhv edilməsi və sürətli
məskunlaşma ilə müşahidə olunurdu.