(1862-1911)
O, Azərbaycan ədəbiyyatında böyük bir ədəbi məktəbin əsasını qoymuşdur. Azərbaycan satirası bu gün də həmin misilsiz sənət xəzinəsindən bəhrələnir, onun ənənələrini davam və inkişaf etdirir.
Kamal Talıbzadə
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, balam, başlama fəryadə, əkinçi!
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fələliyin badə, əkinçi?!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!