(1870-1933)
O, dolğun məzmunlu dram əsərləri, maraqlı hekayələri ilə şöhrətlənmiş, ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynamışdır.
Kamran Məmmədov
Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq idi, polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
- A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! Kərbəlayı Zal cavab verərdi:
- Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
- Nə deyirəm, kişi, özün bil!