(“Kitabi-Dədə Qorqud” dastanından)
(sadələşdirilmiş mətn, ixtisarla)
-Dastan janrının başlıca xüsusiyyətləri hansılardır?
-Ulu babalarımız “Dədə Qorqud” dastanında hansı adət-ənənələri yaşadırlar?
-Uzaq keçmişdə yaranmış “Dədə Qorqud” dastanının bu gün də qiymətli olmasına səbəb, sizcə, nədir?
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
-Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
Bir gün Ulaş oğlu Qazan bəy yerindən durmuşdu. Qara yer üzərində otaqlarını tikdirmişdi. Min yerdə ipək xalça döşətmişdi. Hündür alaçıq göy üzünə dirənmişdi. Doxsan dəstə gənc oğuz məclisinə toplaşmışdı. Ağzı böyük şərab küpləri ortalığa qoyulmuşdu. Doqquz yerdə kef məclisi qurulmuşdu. Qızıl qədəhlər, sürahilər düzülmüşdü... Ulaş oğlu Salur Qazan qızılı sapla tikilmiş çadır-otaqlar, qatar-qatar dəvələr bağışlayırdı. Oğlu Uruz qarşısında yay kimi söykənib durmuşdu. Sağ yanında qardaşı Qaragünə oturmuşdu. Sol yanında dayısı Aruz oturmuşdu.
Qazan sağına baxdı, qah-qah güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı, oğlu Uruzu gördü. Əlini əlinə çalıb ağladı. Oğlu Uruza bu iş xoş gəlmədi. İrəli gəldi, diz çökdü. Çağırıb atasına söyləyir, görək, xanım, nə söyləyir:
Ünüm ünlə mənim, sözümü dinlə, ağam Qazan!
Sağına baxdın, qah-qahla güldün.
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
Səbəbi nədir, söylə mənə,
Qara başım qurban olsun, ağam, sənə!
... Qazan bəy qızardı. Oğlanın üzünə baxdı. Çağırıb söyləyir. Görək, xanım, nə söyləyir:
Bəri gəl, qulunum oğul!
Sağ tərəfə baxanda mən