• • • LAYİHƏLƏR ÜZRƏ İŞ • • •
I YARIMİL
LAYİHƏ
• • • MÖVZU • • •
“Qədim, intibah və orta əsrlər dövrü ədəbiyyatında insan və təbiət”
(ən yaxşı məruzənin müəyyənləşdirilməsi üzrə müsabiqə)
TAPŞIRIQLAR:
- “Qədim, intibah və orta dövr ədəbiyyatında insana verilən dəyər” mövzusunda məruzənin
hazırlanması.
- “Qədim, intibah və orta dövr ədəbiyyatında təbiətə münasibət” mövzusunda məruzənin
hazırlanması.
- Kiçik qrupların yaradılması, qrup üzvləri arasında iş bölgüsünün aparılması.
- Münsiflərin seçilməsi və təlimatlandırılması.
- Apancıların seçilməsi və müsabiqənin proqramının hazırlanması.
II YARIMİL
LAYİHƏ
• • • MÖVZU • • •
“Tənqidi realizm və romantizm dövrü ədəbiyyatında
ictimai ziddiyyətlərin və nöqsanların təsviri”
(ədəbi-bədii gecə)
TAPŞIRIQLAR:
- “Dövrün ictimai ziddiyyətləri və nöqsanları bədii ədəbiyyatda” mövzusunda elektron
təqdimatların hazırlanması.
- Dövrün tənqidi ruhlu bədii əsərləri üzrə çəkilmiş filmlərin əsasında hazırlanmış videosüjetə
baxış və rəy mübadiləsi.
- Kiçik qrupların yaradılması, qrup üzvləri arasında iş bölgüsünün aparılması.
- Aparıcıların seçilməsi, proqramın hazırlanması.