“Qəflətdə oynama, qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.
Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərir həyat”.
(“Sirlər xəzinəsi”poemasından ixtisarla)
Zülm edib bir qanya çox uddurmuşdular qan,
O da Sultan Səncərin tutaraq yaxasından
Dedi ki, “Səndə insaf az görmüşəm, qulaq as!
Səndən gördüyüm zülüm əsla hesaba sığmaz.
Bir kefli darğa gəlib evimdə məni söydü,
Salıb təpik altına doyunca döydü, döydü.
Mən günahsız qarının saçlarına atdı əl,
Üzü üstə sürüdü evdən çölə əlbəəl.
Camaat arasında söyüb məni qudurdu,
Evimin qapısına zülmün möhrünü vurdu”.
Dedi: - “Ey qozbel qan, söylə, filan gecədə
Filankəsi kim vurdu yaşadığın küçədə?”
Evimi çox axtardı: - “Qatil hardadır?” - deyə,