O, qısa həyat sürməsinə baxmayaraq, zəngin bir
ədəbi irs qoyub getmişdir. Üç dildə şeir yazmaq
qabiliyyətinə malik olan şair əsərlərinin böyük
bir qismini doğma dilimizdə yazmış, ana dilinə
bütün sahələrdə üstünlük vermişdir.
Əzizağa Məmmədov
(“Dəhnamə ” poemasından parça; ixtisarla)
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxamuşan.
Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə gu-gu.
Qönçə dəhəni çəməndə xəndan,
Gülmaxdan ənar açıldı dəndan.
Bülbül oxudu süfati-hicran,
Dəryadə dür oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü.
Alma ağacı dibində sayə
Tən eylər idi bulutda ayə.