O, aşıq şeirinin, demək olar ki, bütün formalarına müraciət etmiş, yüzlərlə qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməz yaratmışdır. Əsərləri bütün dövrlərdə bəyənilmiş, məclislərdə ifa olunmuş və maraqla oxunmuşdur.
İslam Ələsgər
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar.
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın...
Zənbur çiçəyindən bal alı, dağlar.
Yayın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana,