26. İnternet xidmətləri
-
İnternetdən hansı məqsəd üçün istifadə edirsiniz?
-
“Dünya hörümçək toru” nə deməkdir? Elektron poçt
haqqında nə bilirsiniz?
İnternet şəbəkəsində istifadəçilərə müəyyən xidmət göstərən
vasitələri
İnternet xidmətləri adlandırırlar. İnternetin çoxlu
xidmətləri (servisləri) var və onların içərisində
Veb və elektron poçt daha geniş istifadə olunur. Son illər
texnologiyaların və cəmiyyətin inkişafı ilə əlaqədar olaraq başqa
xidmətlər də populyarlaşıb.
İnternet xidmətlərindən istifadə
1.
Brauzeri başladın və trims.edu.az ünvanından “Tədris
resurslarının idarə olunmasının məlumat sistemi” saytını
açın.
2.
“Qrifli dərsliklər” düyməsi vasitəsilə kitabxanaya daxil
olun və sevdiyiniz fənnə aid dərsliyi seçin.
3.
Dərsliyi “Onlayn oxu” rejimində açıb vərəqləyin.
4.
Elektron poçtunuz olan saytı (məsələn,
google.com/gmail) açın.
5.
İstifadəçi adınızı və parolunuzu yığmaqla poçt qutunuza
daxil olun.
6.
Dostunuza dərslik portalı haqqında məktub yazın və məktubda
portalın ünvanını göstərməyi unutmayın.
7.
Məktuba mövzuya uyğun fayl əlavə edib göndərin.
Telnet xidməti. Bu xidmət kompüterinizi başqa bir
kompüterin terminalına çevirməyə imkan verir. “Terminal” son (uc)
qurğu deməkdir. Hesablama texnikasında “terminal” dedikdə
kompüteri idarə etmək üçün klaviatura və monitorla təchiz olunmuş
qurğu nəzərdə tutulur. Telnet xidməti kompüterinizdə olan
informasiyanı emal üçün başqa kompüterə göndərməyə, nəticəni isə
sizin monitorunuzda göstərməyə imkan verir.
Telekonfrans xidməti. Bu xidmət təxminən elektron poçt ki
76mi işləyir, ancaq məlumat konkret adresatın poçt qutusuna deyil,
ümumi baxış üçün mövzu qrupuna göndərilir. Xəbər qrupları fikir
mübadiləsi etməyə, suallar verməyə, cavablar dərc etməyə, yəni
İnternet üzərindən elektron konfranslar keçirməyə imkan verir.