2. 2-lik, 8-lik və 16-lıq say sistemləri
- Mövqeli və mövqesiz say sistemlərinin fərqi nədədir?
-
2-lik say sistemi mövqelidir, yoxsa mövqesiz?
İkilik-səkkizlik cədvəlinin qurulması
8-lik |
2-lik |
0 |
000 |
1 |
001 |
2 |
|
3 |
|
4 |
|
5 |
|
6 |
|
7 |
|
1.
İki sütundan və 9 sətirdən ibarət cədvəl qurun.
2.
Cədvəlin birinci sətrində 1-ci xanaya “8-lik”,
2-ci xanaya isə “2-lik” yazın.
3.
Birinci sütunun qalan xanalarına yuxandan aşağıya doğru
8-lik say sisteminin rəqəmlərini yazın.
4.
“0” rəqəminin qarşısında ikinci sütunda “000” ikilik
ədədini yazın.
5.
İkinci sütunun qalan xanalarına 2-lik say sistemində
ədədləri ardıcıl olaraq yazın.
Nəticədə ikilik-səkkizlik cədvəli alınacaq.
Yuxarıdakı cədvəl 2-lik və 8-lik say sistemləri arasında sadə
əlaqənin olduğunu göstərir. Həmin cədvəldən istifadə etməklə bu
say sistemlərinin birindən digərinə asanca keçmək mümkündür.
Məsələn, 2-lik say sistemindən 8- liyə keçmək üçün aşağıdakı üsul
tətbiq olunur: