6. Elektron təqdimatda animasiya
-
Elektron təqdimat nədir?
-
Təqdimatlarla işləmək üçün tətbiqi proqramlar necə adlanır?
Təqdimatı daha baxımlı, daha təsirli etmək üçün
Microsoft PowerPoint, eləcə də OpenOffice Impress və
LibreOffice Impress proqramlarında müxtəlif animasiya
elementləri nəzərdə tutulub.
Animasiya elementlərini həm bir slaydın daxilində, həm də bir
slayddan başqasına keçərkən tətbiq etmək olar.
Bir slayddan başqasına keçid zamanı müxtəlif effektlərdən istifadə
etmək olar. Məsələn, yeni slayd əvvəlki slaydın üzərinə çıxa
bilər, yaxud yeni slayda yer vermək üçün əvvəlki slayd ekranın
istənilən qırağına “sürüşüb gedə bilər”. Bundan başqa, slayd
birdən yox ola, başqa slaydın içərisində əriyə, yaxud fırlana
bilər.
Slaydlara keçid effektinin əlavə edilməsi
1.
OpenOffice Impress proqramını başladın və hər hansı hazır
təqdimat faylını açın.
2.
Slide Show menyusunda SlideTransition komandasını seçin.
Proqram pəncərəsinin sağında uyğun tapşırıqlar paneli açılacaq.
Orada təqdimatın 1-ci slaydı üçün keçid parametrləri
göstərilib.