9. Python dilində ilk proqram
Mən daha dəqiq
hesablaya bilərəm!
-
Kompüterdəki Calculator proqramının ekranına ən çox neçə
simvol yerləşir?
-
Bəs ekrana yerləşməyən ədədlər orada hansı formada göstərilir?
Python dilinin riyazi imkanları
1.
Calculator proqramını başladın.
2.
Açılan pəncərədə View ⇒ Scientific menyu bəndini
seçin.
3.
375 ədədini daxil edin və
x y
düyməsini çıqqıldadın.
4.
449 ədədini daxil edin və
=
düyməsini çıqqıldadın.
5.
Bu pəncərəni açıq saxlayın və Python interpretatorunu
başladın.
6.
Komanda sətrində çağırış işarəsindən sonra
375 ** 449 yazıb <Enter> klavişini basın.
7.
Hər iki pəncərədəki nəticələri dəqiqliyinə görə müqayisə
edin.
Python dilinin ən güclü tərəflərindən biri onun ədədi informasiya
ilə işləmək imkanıdır. Python ədədlərlə o qədər “yaxşı” işləyir
ki, ondan hətta kalkulyator kimi istifadə etmək olar.