10. Proqramda kəmiyyətlər
Müəllim, dünən x 2-yə
bərabər idi, niyə bu gün
3 oldu?
-
ALPLogo mühitində yazılmış proqramda deyişənlərdən necə
istifadə olunur?
Fəaliyyət
1.
İfadəni mənimsətmə operatoru şəklində yazın.
x dəyişəninin qiyməti 5 dəfə artırılıb 30 ədədi ilə
toplanır və nəticə yenidən x dəyişəninə mənimsədilir.
2.
Verilmiş proqramı ALPLogo mühitində yerinə yetirin.
qələmiendir
dəyişən y
y = 50
təkrarla 8 [irəli y sağa 90 y = y + 10]
Nəticəni müzakirə edək:
-
Mənimsətmə operatorlarında sabit kəmiyyətlər hansılardır?
-
Proqramın icrasından sonray dəyişəninin qiyməti nə olacaq?
İstənilən məsələnin həlli zamanı proqramda
verilənlərin emalı baş verir. Proqramda verilənləri
kəmiyyətlər adlandırırlar. Proqramın gedişində qiyməti
dəyişən kəmiyyətlərə dəyişənlər, dəyişməyənlərə isə
sabitlər, yaxud konstantlar
deyilir.