Quyudan vedrə ilə su daşıyıb 30 vedrə su tutan
hovuzu doldurmaq üçün hansı hərəkətləri və neçə
dəfə təkrarlamaq lazımdır?
-
Bəs hovuzun tutumu məlum deyilsə, hansı şərt
ödəndikdə işi bitmiş hesab etmək olar?
Fəaliyyət
Aşağıdakı proqramı araşdırın.
k = 12 while k > 3 :
k -= 1
print (k)
Nəticəni müzakirə edək:
-
Dövr neçə dəfə yerinə yetiriləcək və çıxışa nə veriləcək?
-
Bəs k = 2 olsa idi, çıxışa nə verilərdi?
Dövrün gövdəsinin neçə dəfə təkrarlanacağı öncədən məlum olduqda
sayğaclı dövrdən istifadə olunur. Python dilində bu növ
dövrün ümumi şəkli aşağıdakı kimidir:
for <parametr> in <ardıcıllıq>:
<dövrün gövdəsi>
Nümunə:
for i in [1,2,3,4]:
print (i)
AÇARSÖZLƏR
Sayğaclı dövr
Sayğac
Dövrün parametrinə sayğac da deyilir. Sayğac hər hansı
bir dəyişəndir və o, dövrün yerinə yetirilməsi zamanı avtomatik
dəyişilir. Sayğac verilmiş ardıcıllıqda bütün qiymətləri alır.
Tutaq ki, ilk yüz natural ədədin cəmini tapmaq lazımdır. Bunun
üçün proqram fraqmentini aşağıdakı kimi yazmaq olar: