1.
Kompüterin proqram təminatını hansı növ proqramlar təşkil
edir? Onlar nə üçün lazımdır?
2.
Proqram yazılarkən hansı mərhələlərdən keçir?
3.
Proqramlaşdırma dilləri nə üçün yaranıb? Hansı
proqramlaşdırma dillərini tanıyırsınız? Onların hansında
proqram yazmısınız?
4.
Verilmiş operatorların icrasının nəticəsi nə olacaq?
a) print (sum)
b) print ("sum")
c) print ("sum=", sum)
5.
Verilmiş proqram ilk 5 natural ədədin hasilini ekrana
çıxarmalıdır. Proqramın yazılışında hansı səhvlər buraxılıb?
p = 0
for i in range (1, 5):
p = p * i
print (p)
6.
Verilmiş proqramın icrasından sonra ekrana hansı ədədlər
çıxarılacaq?
x = 10
b = x + 4
x = b - x
print (x, b)
7.
Python dilində budaqlanma necə göstərilir?
8.
Ədəd oxunda x nöqtəsinin [a, b] parçasına daxil
olub-olmadığını təyin edən proqram yazın. Nəticədə proqram
"daxildir" və ya "daxil deyil" sözlərini ekrana
çıxarmalıdır.
9.
Aşağıda operatorlar ardıcıllığı verilmişdir. Dövr neçə dəfə
təkrarlanacaq və çapa a, b və s dəyişənlərinin hansı
qiymətləri veriləcək?
a = 1
b = 2
while a + b < 8
a = a + 1
b = b + 2
s = a + b
print (a, b, s)