14. İş masasının nizamlanması
-
“Dağınıq masa dağınıq qafaya işarədirsə, boş masa nəyə
işarədir?” aforizmini necə başa düşürsünüz?
-
Kompüterdə “iş masası” dedikdə, nə nəzərdə tutulur və orada
nələr olur?
Fəaliyyət
Kompüterin iş masasında olan simgələrin yerini dəyişərək
istədiyiniz qaydada qruplaşdırın və cədvəli doldurun.
Qrup |
Qrupun adı |
1-ci qrup |
|
2-ci qrup |
|
3-cü qrup |
|
... |
|
|
|
Nəticəni müzakirə edək:
-
Onları hansı əlamətlərə görə qruplaşdırdınız?
Hər bir obyekt kimi, kompüterin iş masasının da müəyyən parametrləri var.
Orada simgələrin yerləşməsi, eləcə də onun fonu və ekran qoruyucusu iş masasının
başlıca parametrləridir
Ekran qoruyucusu istifadəçi kompüterdə işləmədiyi zaman
ekranı söndürən, yaxud ekrana hərəkət edən görüntü çıxaran
proqramdır.Hər hansı klaviş basıldıqda, yaxud siçana toxunduqda
AÇARSÖZLƏR
İş masası
Ekranın fonu
Ekran qoruyucusu
ekrandakı görüntü dərhal yoxa çıxır. İş masasının müvafiq
parametrlərinin düzgün seçilməsi istifadəçinin kompüterdə rahat
işləməsi üçün çox vacibdir.