15. İnformasiya modelinin ağac forması
-
Niyazi kimdir və onun Üzeyir Hacıbəyli ilə hansı qohumluq
əlaqəsi var?
Fəaliyyət
Kökdə ata babanız olmaqla öz nəsil ağacınızı qurun.
Nəticəni müzakirə edək:
-
Sinfinizdə kimin nəsil ağacında daha çox “yarpaq” var?
-
Bu sxemdə növbəti səviyyədəki fiqurlar nəyi bildirəcək?
Verilənlər arasında əlaqə iyerarxik struktura malikdirsə,
yəni verilənlər bir-biri ilə şaquli tabeçilik (“valideyn-övlad”)
münasibətindədirsə, onları daha əlverişli formalarda təqdim etmək
olur. Belə təqdimetmə formalarından biri ağac, yaxud
ağacşəkilli strukturdur. Onun bu cür adlandırılması adi
ağaca bənzəməsi ilə bağlıdır. Bunu “nəsil ağacı” nümunəsində
görmək olar. Adi ağacdan fərqli