19. Tillər və üzlər
-
Dördbucaqlı piramidanın neçə üzü var?
-
Kubun neçə tili var? Onun tillərinin sayı hansı (neçə
bucaqlı) piramidanın tillərinin sayı qədərdir?
Paint qrafik redaktorunda üç ölçülü obyektlər çəkmək o qədər də
asan iş deyil. Ancaq belə işi SketchUp proqramında yerinə yetirmək
olduqca asandır.
Bunun üçün nəzərdə tutulmuş alətlər içərisində
Push/Pull
(İtələ/Dart) alətini xüsusi qeyd etmək lazımdır. Bu alət
seçildikdə siçanın göstəricisi uyğun şəkil alır. Sonra göstəricini
hər hansı
müstəvi fiqurun üzərinə apardıqda həmin fiqur seçdirilir. Bunu
fiqurun nöqtələrdən ibarət xırda tor ilə örtülməsinə görə bilmək
olar. İndi siçanı uyğun istiqamətə sürüklədikdə müstəvi fiqur
üçölçülü forma alır.
SketchUp-da ikiölçülü fiqurdan üçölçülü fiqurun yaradılmasına
dartma (extrusion) deyilir.
Dartma düyməsi ilə iş
1.
SketchUp proqramını başladın.
2.
Rectangle alətindən istifadə etməklə modelləşdirmə sahəsində
düzbucaqlı çəkin.
3.
Alətlər zolağında
Push/Pull alətini seçin. Göstərici uyğun şəkil alacaq.
4.
Göstəricini düzbucaqlının üzərinə aparın və siçanı yuxarıya
doğru sürükləyin. Göstəricinin ardınca həcmli fiqur -
düzbucaqlı prizma “boy atacaq”.
5.
Göstəricini prizmanın yan üzünə aparın. O, nöqtələrdən
ibarət xırda tor şəklində seçdiriləcək.
6.
Siçanı uyğun istiqamətə sürükləməklə prizmanın ölçülərini
dəyişin.
SketchUp proqramında bütün modellərin əsasını tillər və
üzlər təşkil edir. Kub 12 til və 6 üzün birləşməsindən
ibarətdir. Şəklin sağ tərəfində verilmiş model daha mürəkkəb
olmasına baxmayaraq, o da bütövlükdə tillərdən və üzlərdən təşkil
olunub.