1. İnformasiyanın kodlaşdırılması
-
Əlifba nədir? Azərbaycan dili
tarixində hansı əlifbalardan
istifadə olunub?
-
Azərbaycanın 2005-ci ildə
tədavülə buraxılan 5 manatlıq
əsginasının arxa üzündəki yazı
hansı əlifba ilə
verilib?
Fəaliyyət
Aşağıda eyni informasiya müxtəlif əlifbalarla kodlaşdırılıb.
Bildiyiniz əlifbaların birindən istifadə etməklə həmin sözü
oxumağa çalışın.
4)
01000001 01010010 01000001 01011010
Nəticəni müzakirə edək:
- Bu əlifbalardan hansı ilə tanışsınız?
-
Hansı informasiya təqdim olunub? Onu başqa formada necə
təqdim edə bilərsiniz?
İstənilən informasiyanı müxtəlif formalarda göstərmək, başqa
sözlə, kodlaşdırmaq olar. Seçilən təqdimolunma (kodlaşdırma)
forması kodlaşdırmanın hansı məqsədlə aparılmasından asılı olur:
yazının həcmini azaltmaq, informasiyanı gizlətmək (şifrləmək),
emal üçün əlverişli formaya salmaq və s.