21. Mətn redaktorunun obyektləri
-
Bu verilmiş hansı obyektlərlə mətn redaktorunda (diaqram,
düstur, şəkil, cədvəl) işləmişsiniz?
Mətn redaktorunda şəkil və cədvəl obyektləri ilə iş
1.
OpenOffice.org Writer (yaxud Microsoft Office Word) mətn
redaktorunu başladın.
2.
Yeni sənəd yaradın və aşağıdakı mətni daxil edin.
Obyekt və onun xassələri
İnsanlar diqqət yetirdikləri varlığı obyekt
adlandırırlar. Bu varlıq canlı və ya cansız əşya ola
bilər. Təbiətdə baş verən hadisə, yaxud prosesə də
obyekt kimi baxmaq olar.
3.
Mətnin sonuna belə bir şəkil və cədvəl əlavə edin. Əgər
bənzər şəkil tapa bilməsəniz, başqa şəkil yerləşdirin və
həmin şəklə uyğun cədvəl hazırlayın.
Obyektin adı |
Bəbir |
Rəngi |
Sarı və ya sarı kürən (qara və qonur xallarla)
|
Hündürlüyü |
45—80 sm |
Bədəninin uzunluğu |
90—190 sm |
Quyruğunun uzunluğu |
60—110 sm |
Çəkisi |
40—80 kq |
4.
Sənədə uyğun ad verib yadda saxlayın.
Aşağı siniflərdə mətn redaktorunda sənədlər yaratmağı, onlara
şəkil, cədvəl, diaqram kimi yeni obyektlər əlavə etməyi
öyrənmişsiniz. Ancaq riyaziyyat, fizika, kimya və digər fənlərə
aid sənəd hazırlayan zaman çox zaman başqa növ obyektlərə -
düsturlara ehtiyac yaranır.
Mətn sənədlərində düstur yaratmaq üçün bir neçə üsuldan istifadə
etmək olar.