23. Düsturlarla iş
-
Cədvəl şəklində təqdim olunmuş funksiyanın
düsturu necə olacaq?
-
Ötən dərsin başlanğıcında verilmiş cədvəlin sonuncu
sütununun hesablanması qaydasını hansı düsturla
ifadə etmək olar?
Fəaliyyət
1.
OpenOffice.org Calc (yaxud Microsoft Office Excel) cədvəl
prosessorunu başladın və ötən dərsdə yaratmış olduğunuz
elektron cədvəl faylını açın.
2.
Satılmış malların miqdarını istədiyiniz kimi dəyişdirin.
3.
“Məbləğ” sütununda da uyğun dəyişiklikləri edin.
N° |
Malın adı |
Qiyməti |
Miqdarı |
Məbləğ |
1 |
Yulaf |
3,99 |
15 |
59,85 |
2 |
Süd |
2,15 |
20 |
|
3 |
Diş pastası |
1,95 |
12 |
|
4 |
Sabun |
0,50 |
18 |
|
Yekun |
|
|
|
Nəticəni müzakirə edək:
-
Malların miqdarında dəyişikliklərin daxil edilməsinə, yoxsa
məbləğlərin hesablanmasına çox vaxtınız getdi?
-
Siyahıdakı malların sayı 4 deyil, 100 olarsa, hesablamalara
nə qədər vaxtınız gedər?
AÇARSÖZLƏR
Düstur
İstinad
Elektron cədvəl, ilk növbədə, hesablamaları avtomatlaşdırmaq
üçün nəzərdə tutulub. Bunun üçün cədvəlin xanalarına
düsturlar
daxil edilir. Elektron cədvəllərin özəlliyi də məhz bundadır:
verilənlərdən biri dəyişdikdə onlarla bağlı düsturlar avtomatik
olaraq yenidən hesablanır. Məsələn, satılmış malların miqdarında
dəyişiklik edən kimi hər bir mal üzrə məbləğ avtomatik olaraq
yenidən hesablanacaq. Siz çoxlu veriləndən ibarət elektron
cədvəl qura bilər və bir, yaxud bir neçə verilənin qiymətini
dəyişdirməklə nəticənin necə dəyişdiyini görə bilərsiniz.
İstənilən düsturun daxil edilməsi “=” işarəsi ilə başlayır. Bu
işarə olmazsa, daxil edilən düstur mətn kimi qəbul ediləcək.
Düsturda ədədi verilənlər, əməl işarələri, müxtəlif funksiyalar,
eləcə də cədvəl obyektlərinin ünvanları ola bilər. Məsələn, yulaf
satışından alınan məbləği hesablamaq üçün E4 xanasına