Yerin su təbəqəsi
VI.6. Ümumiləşdirici tapşırıqlar.
Okean suyunun temperaturu və duzluluğunun təyin
olunması
1.
Donan dənizlərin adlarını seçin:
A) Aralıq, Şimal, Çukot
B) Berinq, Karib, Filippin
C) Oxot, Baffin, Ross
D) Şərqi Çin, Oxot, Yapon
E) Ueddell, Norveç, Qara
2.
İsti cərəyanların adlarını seçin:
1. Peru
2. Braziliya
3. Kanar
4. Labrador
5. Kurosio
6. Qolfstrim
3.
Soyuq cərəyanları müəyyən edin:
1. Kaliforniya
2. Şimali Sakit okean
3. Alyaska
4. Bengel
5. Braziliya
6. Somali
4.
Sakit okeanda yerləşən cərəyanları seçin:
A) Kaliforniya, Antil, Bengel
C) Qolfstrim, Antil, Kaliforniya
E) Bengel, Antil, Peru
B) Peru, Kaliforniya, Kurosio
D) Somali, Peru, Alyaska
5.
Cənubi Amerika sahillərində yerləşən cərəyanların adlarını tapın:
A) Mozambik, Peru, Labrador
B) Qviana, Kurosio, Antil
C) Braziliya, Peru, Qviana
D) Peru, Kaliforniya, Bengel
E) Labrador, Kurosio, Braziliya
6
Qırmızı dənizdən 210 qr duz almaq üçün nə qədər su tələb olunur?
A) 8 l;
B) 2 l;
C) 4,5 l;
D) 5 l;
E) 3 l;
7.
Dərinliyi 9000 m olan okean çökəkliyinə göndərilən səs dalğası nə qədər vaxtdan sonra qəbul oluna bilər?
A) 15 san;
B) 6 san;
C) 12 san;
D) 9 san;
E) 10 san;
8.
Xəzər dənizinin 30 t suyundan nə qədər duz əldə etmək olar?
A) 500 kq;
B) 360 kq;
C) 240 kq;;
D) 300 kq;
E) 120 kq;