Yerin canlılar təbəqəsi olan biosferə* bitkilər, heyvanlar, mikroorqanizmlər daxildir. Onlar Yerin digər təbəqələri ilə daim qarşılıqlı əlaqədə və təsirdə olur.
Bitkilər litosferin yuxarı məhsuldar qatı olan torpaq üzərində inkişaf edir. Onlar buradan qidalı maddələri qəbul edib böyüyür, məhv olduqdan sonra toplanan qalıqlar üzvi mənşəli maddələrə çevrilir, torpaq örtüyünün yaranmasında iştirak edir. Bitkilərdən ayrılan turşular dağ süxurlarına təsir edir, kökləri çatlara daxil olaraq onları dağıdır. Buna üzvi aşınma* deyilir. Bitki örtüyü zəngin olan yerlərdə üzvi aşınma sürətlə gedir.
Orqanizmlər fotosintez prosesində atmosferlə əlaqəli olur. Bitkilər torpaqdan su alır,
Bitki və heyvan orqanizmlərinin çox hissəsini su təşkil edir.