Yerin təbəqələri olan Yer qabığı, atmosfer, hidrosfer və biosfer bir-biri ilə qarşılıqlı əlaqədədir və birlikdə inkişaf edir. Litosferin üst, atmosferin aşağı hissəsi, hidrosfer və biosfer Yeri vahid formada əhatə edir. Bura coğrafi təbəqə* hesab olunur. Coğrafi təbəqənin yuxarı sərhədi, ozon qatından aşağıda, yəni Yer səthindən 20-25 km hündürlükdə (troposferdən yuxarı) yerləşir. Onun aşağı sərhədi Yer qabığında, səthdən 10-12 km dərinlikdə, hidrosferdə isə Marian çökəkliyində yerləşir (bentoslar). Coğrafi təbəqədə proseslər həm günəş enerjisi, həm də Yerin
Coğrafi təbəqənin inkişafının ilkin mərhələsində dağ süxurları, su və hava olmuşdur. Bir neçə milyard il əvvəl orqanizmlər inkişaf etmiş və sürətlə yayılmışdır. Onlar coğrafi təbəqənin bütün komponentlərinə təsir göstərmiş, onları dəyişmişdir. Nəticədə orqanizmlər coğrafi təbəqənin mühüm tərkib hissəsinə çevrilmişdir.