Ölkələrin iqtisadi potensialı uzun dövr ərzində yaradılır. Bu potensial əhalinin həyat səviyyəsinə, gəlirlərinin artmasına, onlara göstərilən xidmətlərin yüksəlməsinə təsir göstərir. Bu proses təbii ehtiyatlarla təminat, onların emalını həyata keçirən texnologiyanın, ixtisaslı kadrların olması, satış bazarı və s. amillərdən asılıdır.
Yüksək iqtisadi potensiala malik olan ölkələrin iqtisadi imkanları genişlənir. Bu ölkələrdə sosial xidmət sahələrinin rolu artır. Maddi istehsal sahələrində yeni texnika və texnologiyanın tətbiqi əl əməyinə tələbatı azaldır. Bu zaman ixtisaslı kadrlara tələbat yüksəlir. Onların gəlirlərinin artması daha çox xidmət sahələrindən istifadə edilməsi imkanlarını genişləndirir. Ona görə iqtisadi inkişafı yüksək olan ölkələrdə məşğul olan əhalinin xeyli hissəsi qeyri-istehsal sahələrində çalışır. İqtisadi inkişafın bu mərhələsi postsənaye dövrü adlanır.
İqtisadi inkişafına görə geri qalmış ölkələrdə kənd təsərrüfatının rolu böyükdür, xidmət sahələri geri qalmışdır. Bu ölkələrin məşğul əhalisinin yarısından