İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20-30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya (şəhər əhalisinin payı) və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir.
İEÖ-i bir neçə yarımqrupa bölmək olar. Birinci yarımqrupa iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. Onlara “böyük yeddilik*” də deyilir (ABŞ, Yaponiya, AFR, Fransa, Böyük Britaniya, İtaliya və Kanada). Bu ölkələrin payına dünyanın ümumi və sənaye məhsulları istehsalının 40%-dən çoxu düşür. Onlar üç iri inkişaf mərkəzində - Qərbi Avropa, Şimali Amerika və Şərqi Asiyada yerləşirlər.