Ətraf mühit insanların təsərrüfat fəaliyyəti, şəhərlərin, kəndlərin salınması, yolların çəkilməsi, əkin sahələrinin genişləndirilməsi zamanı sürətlə dəyişir.
Əhalinin sayı, tərkibi, məşğulluq quruluşu günbəgün dəyişikliyə məruz qalır, insanların miqrasiyası artır. Bu dəyişikliklər haqqında məlumatların toplanması müxtəlif üsullarla aparılır. Dövlətin müvafiq orqanları öz fəaliyyət sahələrinə uyğun olaraq məlumatları toplayır. Əhali haqqında məlumatların əsas hissəsi hər 10 ildən bir keçirilən siyahıyaalınmaların nəticəsində əldə olunur. Dünyanın əksər ölkələri haqqında məlumatlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən toplanır.