Ölkədə olan sənaye obyektlərinin fəaliyyəti bir neçə formada təşkil olunur. İxtisaslaşma* - ölkədə, iqtisadi rayonda və ya müəssisədə hər hansı bir məhsulun istehsalı və xidmət göstərilməsinin üstün inkişafıdır. Bu zaman istehsal edilən məhsullar əsasən digər ölkələrə və ya rayonlara göndərmək üçün nəzərdə tutulur. İxtisaslaşma coğrafi əmək bölgüsü nəticəsində yaranır, təbii şərait, təbii sərvətlər və əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə imkan verir. Ölkənin ixtisaslaşması üçün məhsul istehsalı daxili tələbatdan çox olmalı, digər ərazilərə nisbətən ucuz başa gəlməli və istehsal üçün uzunmüddətli şərait olmalıdır.
Təmərküzləşmə* - istehsalın iri müəssisələrdə cəmlənməsidir. Buna istehsal təmərküzləşməsi deyilir. Metallurgiya, maşınqayırma, kimya, yüngül sənaye və tikinti materialları istehsalı müəssisələri istehsal gücünə görə iri olur. İstehsal obyektlərinin kiçik ərazidə cəmlənməsi
Sənaye qovşaqları - bir-birinə yaxın yerləşən məntəqələrdə olan müəssisələr su, enerji, nəqliyyat, istilik və anbar xidmətindən birgə istifadə etdikdə yaranır. Onlar bir və ya bir neçə mərkəzi şəhər ətrafında formalaşır. Azərbaycanda Bakı-Sumqayıt, Mingəçevir-Yevlax, Gəncə-Daşkəsən, Şirvan-Salyan sənaye qovşaqları vardır.
Bir neçə sənaye qovşağı birləşərək sənaye rayonunu yaradır. Onlar təsərrüfatın yüksək inkişaf etdiyi ərazilərdə formalaşır.
Kooperativləşmə* - hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqədir. Maşınqayırma müəssisələri arasında kooperasiya əlaqələri daha genişdir. Müəssisə