Təsərrüfatın inkişafının ilkin vaxtlarında iqtisadi və maliyyə imkanları məhdud olduğu hallarda həyata keçirilməsi mümkün olan iki proqramdan biri seçilir. Bu zaman ehtiyatda qalan layihənin qiyməti alternativ dəyər hesab olunur. Məsələn, iqtisadi rayonlarda hansı kənd təsərrüfatı bitkisinin becərilməsinə üstünlük verilməsi və hansı sənaye obyektinin tikintisinin həyata keçirilməsi sahəsində seçim aparılarkən ilkin vaxtda onlardan birinə üstünlük verilir. Bu halda daha tez başa gələn, öz məsrəflərini tez ödəyən və daha çox gəlir gətirən obyektlərin yaradılmasına üstünlük verilir.
Bir çox hallarda yerli tələbatın ödənilməsi və ya təsərrüfatın sahə strukturunun təkmilləşdirilməsi lazımdır. Bunun üçün hazırda istehsal edilən məhsullar və ya göstərilən xidmətlərlə yanaşı, yenilərinin də təşkilinə zərurət ya ranır.