IX.7. Ümumiləşdirici tapşırıqlar.
Təbii ehtiyatların təsnifatı və təsərrüfat əhəmiyyəti
1.
Ölkələrin təbii ehtiyatlarla təminat səviyyəsini müqayisə
edin:
Mineral
ehtiyat
|
Ölkə |
Ümumi
ehtiyat
|
İllik hasilat
|
Neft |
İran |
12,6 mlrd. t |
196 mln. t |
Təbii qaz |
Əlcəzair |
4,6 trln. m3
|
85 mlrd. m
|
Dəmir filizi |
Braziliya |
17,6 mlrd. t |
281 mln. t |
2.
2013-cü ildə dünya əhalisinin sayı 7137,0 mln. nəfər olmuşdur.
Şəhər əhalisinin 51% olduğunu nəzərə alaraq kənd əhalisinin
sayını
tapın.
3.
Miqrasiya xəritəsindən istifadə edərək əhalinin əsas
emiqrasiya və
immiqrasiya mərkəzlərini müəyyən edin. Bu proseslərin əsas
səbəblərini izah edin.
4.
Dünyada ehtiyatlarla yaxşı təmin olunmuş ölkələrə aid cədvəli
doldurun:
Ölkələr |
ABŞ |
Kanada |
Çin |
Avstraliya |
Əsas ehtiyatlar |
|
|
|
|
5.
2005-ci ildə Azərbaycanda əhalinin sayı 8550,0 min nəfər, hər
1000 nəfərə təbii artım 11,0 olmuşdur. Ölkədə əhalinin sayı
neçə
nəfər artmışdır?
6.
Verilmiş xəritə-sxemdə I və II tip təbii artıma malik olan
ölkələri
müvafiq qruplar üzrə ayırın:
I tip ölkələrr |
II tip ölkələr
|
|
|