Ekoloji cəhətdən təmiz olan ərazilərin iqlim şəraiti əlverişli olduqda istirahətin təşkili üçün infrastruktur şəbəkəsi yaradılır. Onlar turizm-rekreasiya təsərrüfatının* (turizm sənayesinin) yaradılması üçün vacibdir. Rekreasiya ehtiyatlarına* rekreasiya (istirahət) və turizmin təşkili üçün istifadə edilə bilən təbii və antropogen obyektlər daxildir. Buraya tarixi və ya bədii dəyərə malik, estetik cazibədarlıq və müalicə-sağlamlıq əhəmiyyəti kəsb edən obyektlər aiddir. Rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: