Təbii sərvətlərin istismarı, torpaqların əkilməsi və meşələrin qırılması ekoloji gərginliyin artmasına səbəb olur. Abşeron, Neftçala, Siyəzən, Salyan rayonları və Şirvan şəhəri ətrafında neftlə çirklənmiş ərazilər çoxdur. İri şəhərlərin ətrafında olan, təbii sərvətlər çıxarılan torpaqların rekultivasiyaya (bərpa olunmağa) böyük ehtiyacı vardır. Belə ərazilərə Daşkəsənin, Abşeronun iri karxanaları, neft hasilatı rayonları, Kür-Araz ovalığının neftlə çirklənmiş sahələri aiddir.
Bakı və Sumqayıtda yerləşən kimya, neft-kimya, neftayırma zavodlarından atmosferə çoxlu tullantı atılır. Sahil qəsəbəsindəki Sement zavodu, Gəncə Alüminium zavodu və müxtəlif nəqliyyat
Azərbaycanın ərazisində olan su hövzələri, xüsusilə çaylar həm ölkədən kənarda, həm də ölkə daxilində çirklənir. Kür, Oxçu, Ağstafa, Tovuz, Bərgüşad çayları ölkədən kənarda çirklənir. Kür, Araz, Qoşqar, Parağa və digər çaylar ölkə daxilində sənaye və məişət tullantıları, meliorasiya suları ilə çirklənir.