Günəş şüalarının düşmə bucağından asılı olaraq Yer səthi müxtəlif dərəcədə istilik və işıq alır. Şimal və Cənub tropikləri arasında Günəşin zenitdə olduğu məntəqəyə onun şüaları 90° bucaq altında düşür. Bu göstərici şüaların maksimum düşmə bucağı hesab olunur. Bildiyimiz kimi, 21 mart və 23 sentyabr tarixində Günəş ekvatorda zenitdə olarkən şüalar bura maksimum bucaq altında düşür. Ekvatordan şimala və cənuba doğru Günəş şüalarının düşmə bucağı azalır. Bu halda hər iki yarımkürədə yerləşən istənilən məntəqəyə şüaların düşmə bucağını hesablamaq üçün aşağıdakı ifadəni yaza bilərik:
Burada, ω - günəş şüalarının düşmə bucağı,
ω - məntəqənin yerləşdiyi coğrafi enlik. Həmin ifadəyə görə deyə bilərik ki, 21 martda Bakı şəhərinə günəş şüaları 50° bucaq altında düşür.
Martın 21-dən iyunun 22-nə qədər Günəşin zenit vəziyyəti şimala doğru yerini dəyişir. 22 iyunda Günəş 23,5° şimal enliyində yerləşən Şimal tropikində zenitdə olur. Bu müddət ərzində Günəşin zenitdə olduğu enliklər şimala doğru dəyişir, nəticədə Şimal tropik xəttindən şimalda yerləşən məntəqələrdə şüaların düşmə bucağı artır və 22 iyunda maksimum qiymətə çatır. Ona görə ifadəni belə yazmaq olar: