Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə iqlim deyilir. İqlim göstəriciləri hər il eyni vaxtda təkrarlanır, davamlı xarakter daşıyır və yalnız uzun tarixi dövrlər ərzində dəyişir.
Coğrafi enlik və ya günəş radiyası, atmosferin ümumi dövranında iştirak edən hava kütlələri və səth örtüyü əsas iqlim əmələ gətirən amillərdir* . İqlimin yaranmasına həmçinin, okean və dənizlərdən uzaqlıq, okean cərəyanları, relyef şəraiti, mütləq hündürlük, dağ yamaclarının yerləşmə istiqaməti də təsir göstərir.
Ərazinin iqlim xüsusiyyətlərini əks etdirmək üçün iqlim xəritələrindən istifadə olunur. Onlar