V.6. Ümumiləşdirici tapşırıqlar.
Temperatur və yağıntıların illik gedişi
1.
Yağıntıların paylanmasına təsir göstərən amilləri müəyyən edin:
1) Okean cərəyanları
2) Süxurların mənşəyi
3) Ərazinin mütləq hündürlüyü
4) Atmosfer təzyiqi sahələri
5) Çayların bolsulu olması
6) Meşələrin geniş sahə tutması
A) 2, 4. 6;
B) 1, 2, 5;
C) 1, 3, 4;
D) 2, 3, 4;
E) 3, 4, 5
2.
İqlim diaqramına aid olan əlamətləri
müəyyən edin:
1) Tropik hava kütlələri hakim olur.
2) Çayların sıx şəbəkəsi yaranır.
3) Səhralar üçün səciyyəvidir.
4) Ekvatorial enliklərə aiddir.
5) İyulda orta temperatur 30°C-dən yuxarıdır.
3.
Musson küləklərinin təsiri altında olan əraziləri ayırın:
1. Cənub-Qərbi Asiya
2. Mərkəzi Asiya
3. Cənub-Şərqi Asiya
4. Qərbi Asiya
5. Cənubi Asiya
6. Şərqi Asiya
4.
Daimi küləklərin adları düzgün verilən sıranı müəyyən edin:
A) Passatlar, xəzri, mussonlar
B) Mussonlar, giləvar, cənub-şərq küləkləri
C) Tayfunlar, xəzri, qərb küləkləri
D) Qərb küləkləri, xəzri, şimal-şərq küləkləri
E) Passatlar, qərb küləkləri, şimal-şərq küləkləri